Bank Of Baku

Litva parlamenti “Tvinning” layihəsi çərçivəsində Azərbaycan tərəfi ilə ilkin danışıqlara başlayıb

Litva parlamenti “Tvinning” layihəsi çərçivəsində Azərbaycan tərəfi ilə ilkin danışıqlara başlayıb
# 03 oktyabr 2008 08:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Litva parlamentinin baş katibi Gintautas Vilkelisin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin dəvəti ilə Azərbaycanda səfərdədir. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Avropa Birliyinin Azərbaycan Milli Məclisi ilə həyata keçirəcəyi “Tvinning” layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir. Litva parlamenti AB-də Azərbaycan üzrə elan edilən “Tvinning” layihəsində iştirak çağırışına qoşularaq Azərbaycan tərəfi ilə ilkin danışıqlar mərhələsinə başlayıb. Layihədə məqsəd Avropa Birliyinə üzv ölkələrdən biri və ya bir neçəsi ilə sıx əməkdaşlıq və tərəfdaşlıq zəminində Azərbaycan qanunvericiliyinin Avropa Birliyi standartlarına uyğunlaşdırılmasıdır. Hər iki ölkənin parlament aparatı rəhbərlərinin görüşündə layihənin ayrı-ayrı məqamları təhlil edilib, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR