Bank Of Baku

Elmar Məmmədyarov Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edib
# 03 oktyabr 2008 09:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın yeni təyin olunmuş səfiri İoannis Metaksası qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yunanıstan və Azərbaycan arasında daha geniş əməkdaşlıq üçün imkanların mövcudluğunu vurğulayan tərəflər bu istiqamətdə hökümətlərarası komissiyanın işinin genişləndirilməsi, birgə iqtisadi forumun təşkili və yunan şirkətlərinin Azərbaycanda biznes qurmaq imkanlarının artırılması məsələləri barədə müzakirə aparıblar. İ. Metaksas ölkəsinin gələn il ATƏT-ə sədrlik edəcəyini və Cənubi Qafqaz regionuna, bölgədəki münaqişələrin nizamlanmasına xüsusi diqqət ayıracağını nəzərə çatdırıb. E. Məmmədyarov isə ATƏT-in münaqişələrin həlli prosesinə birbaşa cəlb olunmuş təşkilat kimi vacib rolunu qeyd edərək Azərbaycanın bölgədə sabitliyin bərpasında və sabit qonşuluq münasibətlərində maraqlı olduğunu bildirib.

Görüşün sonunda səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR