Bank Of Baku

Fransanın Azərbaycandakı səfirliyi biometrik vizalar verəcək

Fransanın Azərbaycandakı səfirliyi biometrik vizalar verəcək
# 03 oktyabr 2008 10:43 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Fransanın Azərbaycandakı səfirliyinin vizalar şöbəsi oktyabrın 6-dan etibarən “biometrik” adlanan vizalar verəcək. Fransanın Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, viza almaq istəyən şəxslərin fotoşəkli səfirlikdə çəkilməli və onların barmaq izləri götürülməlidir, bu səbəblə müraciət edən şəxsin viza sənədlərinin təqdimatında şəxsən iştirakı zəruridir. Bu prosedur səyahətin məqsədindən asılı olmayaraq bütün növ vizalara (Şengen məkanında tranzit və qısamüddətli vizalar, Fransa üçün uzunmüddətli vizalar) və təqdim olunan hər pasporta (adi, xidməti, diplomatik) şamil edilir. Yalnız yaşı 6-dan az olan uşaqlardan barmaq izləri götürülmür. Artıq geniş surətdə tətbiq olunan bir qaydanın ümumiləşməsinə yönələn bu dəyişiklik Azərbaycan vətəndaşlarının Fransaya və Şengen məkanına səfərləri üçün maneə yaratmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR