Bank Of Baku

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir sıra prinsipial məqamlar razılaşdırılıb”

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir sıra prinsipial məqamlar razılaşdırılıb”
# 03 oktyabr 2008 11:51 (UTC +04:00)
Orada təbii ki, razılaşdırılmayan məsələlər də var, ancaq bu məsələlərin həllinə imkan yaradacaq müxtəlif variantlar da mövcuddur”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbandyanla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həll prosesi ilə bağlı planlaşdırılan görüş və danışıqlar irəliyə doğru addım atmağa imkan verəcək. S. Lavrov Rusiya və Ermənistanın bütün münaqişələrin yalnız sülh yolu ilə həllinə üstünlük verdiklərini söyləyib: “Biz Saakaşvili rejiminin Cənubi Osetiyaya təcavüzündən sonra Qafqazda yaranmış vəziyyətə xüsusi diqqət ayırdıq. Hesab edirik ki, istənilən münaqişə beynəlxalq hüquq əsasında danışıqlar masasında həllini tapmalıdır”. Rusiyalı nazirin sözlərinə görə, böhranlı vəziyyətlərin güc tətbiq etməklə həlli cəhdləri iflasa məhkumdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR