Bank Of Baku

Belçikada Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək

Belçikada Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin  iclası keçiriləcək
# 03 oktyabr 2008 12:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Oktyabrın 5-də Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin növbəti iclasında iştirak etmək üçün Belçikaya yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Nizami İsgəndərov, Jalə Əliyeva, Gülər Əhmədova və Fuad Muradov daxildir. Tədbirdə bölgədə təhlükəsizlik və sabitliyin qorunması, demokratikləşmə proseslərinin gücləndirilməsi, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Səfər oktyabrın 9-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR