Bank Of Baku

Londonda “Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası” mövzusunda dəyirmi masa keçiriləcək

Londonda “Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası” mövzusunda dəyirmi masa keçiriləcək
# 04 oktyabr 2008 10:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Oktyabrın 7-də Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (The International Institute for Strategic Studies - IISS) «Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası» mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçi qismində mərkəzin rəhbəri Elxan Nuriyev çıxış edəcək.

Dəyirmi masada Böyük Britaniyanın tanınmış politoloqları, iqtisadçıları və bu ölkədə akkreditasiya olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər. Mərkəzdən o da bildirilib ki, Avropa İttifaqına üzv ölkələrdə Cənubi Qafqaz regionuna, xüsusən də Azərbaycana marağın artmasını nəzərə alınaraq, tədbirdə qızğın diskussiya və geniş fikir mübadiləsinin aparılacağı gözlənilir.

Müzakirələrdə əsas diqqət Azərbaycanın daxili və xarici siyasətinə dair müxtəlif məsələlərə və Azərbaycan-Avropa münasibətlərinin inkişaf perspektivlərinə yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR