Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olub

Türkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olub
# 05 oktyabr 2008 12:51 (UTC +04:00)
Diplomat xanımı ilə birgə cəbhə xəttində yerləşən kəndlərdə olub, təmas xəttini müşahidə edib. APA–nın yerli bürosunun məlumatına görə, Tovuz rayonunda şəhidlərin məzarını ziyarət edən səfir və qonaqlar, Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində də olublar. Burda yerli sakinlərlə görüşən səfir Hulusi Kılıca ermənilərin cəbhənin bu istiqamətində törətdikləri yanğınlar, kənd təsərrüfatı ilə məşğul olan dinc əhalini atəşə tutmaları barədə məlumat verilib.

Diplomat ermənilərin atəşkəsi pozması nəticəsində zərər dəymiş evlərə də baş çəkib, kənddə keçirilən toy məclisində iştirak edib.

Səfir APA-nın yerli bürosuna bildirib ki, Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır: “Türkiyə həmişə Azərbaycanın yanındadır. Biz bölgədə sülh və sabitlik olmasını istəyirik. Bu, hamının arzusudur”.

Diplomat daha sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Görüşdə səfirə Tovuzun tarixi, iqtisadi potensialı, yerli istehsal növləri, biznes istehsal sahələri ilə bağlı məlumat verilib. Xarici iş adamlarının Tovuzda kənd təssərrüfatı məhsullarının emal sahələrinə sərmayə yatırması, bu sahədə yerli sahibkarlarla əməkdaşlığın qurulması mümkün olduğunu vurğulanıb.

Tovuza səfəri zamanı səfirə saz hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR