Bank Of Baku

İKT Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək

İKT Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək
# 06 oktyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. İslam Konfransı Təşkilatının Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə forumun baş katibi Elşad İsgəndərov məlumat verib. Onun sözlərinə görə, İKT Gənclər Forumu quruma üzv ölkələrin dərs kitablarına Xocalı faciəsi haqqında fəslin daxil edilməsi təşəbbüsünü irəli sürəcək. Bundan başqa forum İKT ölkələrində Xocalı faciəsinin anılması məsələsinə dair kurs təşkil etmək niyyətindədir. BU konteksdə digər təşəbbüs İKT regionunda Xocalı faciəsinin anım gününün təyin olunması ilə bağlıdır. Qeyd olunan təşəbbüslərlə bağlı layihələr 2009-2012-ci illərdə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR