Bank Of Baku

DAK həmsədrləri ABŞ konqresmenləri ilə görüş keçiriblər

DAK həmsədrləri ABŞ konqresmenləri ilə görüş keçiriblər
# 06 oktyabr 2008 11:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ABŞ-da səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Firudin Pərvizniya, Sabir Rüstəmxanlı və Daimi Şuranın sədri Əjdər Tağızadə Dağlıq Qarabağ münaqişəsi, Türkmənçay müqaviləsinin 180 illiyi, Azərbaycan xalqının bölünmüş millət olması, o cümlədən İranda insan haqlarının hazırkı vəziyyətinə dair hazırlanan sənədləri konqresmenlərə təqdim ediblər. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 29-dan ABŞ-da olan DAK rəhbərləri Vaşinqton Universitetində “Qafqazda enerji təhlükəsizliyi və Azərbaycan” və “ABŞ-Azərbaycan əməkdaşlığında diasporanın rolu” mövzusunda keçirilən konfranslarda iştirak ediblər. Tədbirdən sonra S. Rüstəmxanlı, F. Pərvizniya və Ə. Tağızadə ABŞ Dövlət Departamentində və Senatda olublar, həm respublikaçı, həm də demokrat senatorlar, konqresmenlərlə görüşlər keçiriblər. DAK həmsədrlərinin BMT rəsmiləri ilə görüşü də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR