Bank Of Baku

Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb

Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb
# 20 iyun 2026 13:06 (UTC +04:00)

Azərbaycan və Koreya Respublikası arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X”də bildirib.

“Azərbaycan və Koreya Respublikası arasında keçirilən növbəti siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Çonq Eui-hae ilə birlikdə həmsədrlik etməkdən məmnun oldum.

Müzakirələrdə rəqəmsal transformasiya və innovasiyadan tutmuş təhsil, enerji, nəqliyyat və logistikaya qədər ikitərəfli əməkdaşlığın artan əhatə dairəsi vurğulanıb. Azərbaycan və Koreya bir çox sahələr üzrə əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcək. Müntəzəm siyasi dialoq yeni imkanların müəyyənləşdirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olaraq qalır”, - nazir müavini əlavə edib.

Qeyd edək ki, 17 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Çonq Eui-hae başçılıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR