Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın xarici işlər naziri Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
# 07 oktyabr 2008 07:24 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq bölgədə baş vermiş hadisələrin Avropanın Cənubi Qafqaza diqqətini artırdığını, vəziyyətlə yerində tanış olmaq istədiyini bildirib. O, “dondurulmuş münaqişələr”in həllinin vacibliyini bir daha vurğulayaraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarının mövcud durumu ilə maraqlanıb. E. Məmmədyarov isə münaqişənin sülh yolu ilə həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində mümkünlüyünü söyləyərək erməni silahlı qüvvələrinin çıxarılmasından sonra kommunikasiyaların bərpası, etimadlı münasibətlərin və əməkdaşlığın qurulmasının labüd olduğunu diqqətə çatdırıb.

Görüşdə regional və beynəlxalq əhəmiyyətli digər məsələlər də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR