Bank Of Baku

DAK rəhbərliyi BMT-də görüş keçirib

DAK rəhbərliyi BMT-də görüş keçirib
# 07 oktyabr 2008 14:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) ABŞ-da səfərdə olan rəhbərliyi BMT-nin Şərq və İran məsələləri üzrə nümayəndəliyində görüş keçirib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun həmsədrləri Sabir Rüstəmxanlı, Firidun Pərviznia və Daimi Şuranın sədri Əjdər Tağızadə görüşdə İran hökumətinin yürütdüyü siyasəti kəskin tənqid ediblər, İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Güney Azərbaycan türkünün problemlərini BMT rəsmilərinin diqqətinə çatdırıblar. Görüşün keçirildiyi saatlarda bir qrup azərbaycanlı BMT-nin binası qarşısında İran rejiminin siyasətinə etiraz əlaməti olaraq mitinq keçirib. Aksiyaya DAK nümayəndə heyəti də qatılıb və S. Rüstəmxanlı mitinqdə çıxış edib.

DAK-ın nümayəndə heyəti Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulu, şəhərdə fəaliyyət göstərən Türk Dərnəkləri Federasiyasının rəhbərləri və digər şəxslərlə də görüşlər keçiriblər.

DAK rəhbərliyi ABŞ-a səfərini başa vuraraq Almaniyaya yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR