Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Qambiyanın dövlət katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Qambiyanın dövlət katibi ilə görüşüb
# 07 oktyabr 2008 14:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qambiyanın ali təhsil, araşdırmalar, elm və texnologiyalar üzrə dövlət katibi Krispin Qrey-Consonla görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən qonaq müstəqillik bərpa olunduqdan sonra ölkədə əldə olunan bir sıra nailiyyətləri təqdirəlayiq adlandıraraq Azərbaycana digər dövlətlərin, o cümlədən Qambiyanın marağını artırdığını bildirib. O, ölkəsinin neft siyasəti sahəsində Azərbaycanın uğurlu təcrübəsinin öyrənilməsi, bu sahədə ənənələrə malik olan Neft Akademiyası ilə əlaqələrin qurulması və təlim sahəsində mübadilə, neft mühəndisliyi, geofizika və geoloji kəşfiyyat sahəsində birgə tədqiqatların aparılmasında maralı olduğunu söyləyib. Öz növbəsində, nazir E. Məmmədyarov iqtisadi müstəvidə irəliləyişlər, xüsusilə enerji sahəsində aparılan layihələrdən danışaraq Qambiya neft şirkətinin rəhbərliyini Azərbaycana dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR