Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib
# 08 oktyabr 2008 06:44 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı V. Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. V. Putin təbrikə və diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Telefon danışığında Azərbaycan prezidentinin Rusiyaya bu yaxınlarda etdiyi səfərin ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR