Bank Of Baku

Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Lordlar Palatasının üzvü Lord Uolleslə görüşüb

Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Lordlar Palatasının üzvü Lord Uolleslə görüşüb
# 08 oktyabr 2008 07:24 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Lordlar Palatasının üzvü Lord Uolleslə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə tərəflər arasında ikitərəfli münasibətlərin mövcud durumu və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfir Fəxrəddin Qurbanov hazırda ölkəmizdə baş verən yeniliklər, xüsusilə iqtisadi və enerji layihələri haqqında həmsöhbətini məlumatlandırıb və ölkəmizin regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Səfir həmçinin Dünya Bankının sonuncu “Doing Business -2009” hesabatına istinad edərək qeyd edib ki, həmin hesabata əsasən ölkəmiz biznes mühitinin yaxşılaşdırılması baxımından dünyada lider ölkə statusu əldə edib. Dağlıq Qarabağ münaqişəsi, münaqişənin yaranma səbəbləri, inkişaf mərhələləri və əsl mahiyyəti haqqında Lord Uollesi məlumatlandıran səfir hazırda davam etdirilən sülh danışıqları haqda bəhs edib. Sonra o, münaqişənin sülh yolu ilə həllinin regionda davamlı sülh və tərəqqinin bərqərar olması baxımından xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb. Səfir Azərbaycan-Böyük Britaniya parlamentlərarası qrupunun fəaliyyəti haqqında bəhs edib və Lord Uollesi həmin qrupa qoşulmağa dəvət edib. Təklif Lord Uolles tərəfindən məmnuniyyətlə qəbul olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR