Bank Of Baku

Novruz Məmmədov: “Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, amma gündəlikdə formatın dəyişdirilməsi məsələsi yoxdur”

Novruz Məmmədov: “Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, amma gündəlikdə formatın dəyişdirilməsi məsələsi yoxdur”
# 08 oktyabr 2008 07:55 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. O, münaqişənin nizamlanması istiqamətində istənilən təşəbbüsün dəstəkləndiyini bildirib: “Azərbaycan münaqişənin həllində yardımçı olmaq istəyən hər hansı maraqlı tərəfin təşəbbüslərini alqışlayır. Əgər bu yardım cəhdlərinin münaqişənin həllinə bir köməyi olacaqsa, biz buna yalnız şad olarıq”. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Gürcüstanda son hadisələrdən sonra Minsk Qrupu daxilində vəziyyətin mürəkkəbləşəcəyi barədə fikirlərinə münasibət bildirən Novruz Məmmədov bunun qeyri-ardıcıl mövqe olduğunu bildirib: “O zaman onlar vəziyyəti özünəməxsus şəkildə dəyərləndirirdilər. Hələlik hər şey normaldır. Minsk Qrupunu ATƏT təsis edib və hələlik onun formatının dəyişdirilməsi məsələsi gündəlikdə yoxdur”. Novruz Məmmədov Azərbaycanın Minsk Qrupunun fəaliyyətindən tam razı olmadığını dilə gətirib: “Azərbaycan ümumilikdə Minsk Qrupunun fəaliyyətindən razı deyil, çünki ötən illər ərzində heç bir iş görülməyib. Lakin hazırda münaqişəni nizamlanmasına dair mövcud format budur və biz səbirlə Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR