Bank Of Baku

Belarusun tikinti şirkətlərinin təmsilçiləri ölkəmizə səfər edəcəklər

Belarusun tikinti şirkətlərinin təmsilçiləri ölkəmizə səfər edəcəklər
# 08 oktyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu ay Belarusdan olan bir qrup arxitektor Bakının memarlıq üslubu ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər edəcək. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib. Onun sözlərinə görə, arxitektorlar Bakının memarlıq tarixi və müasir binaları ilə maraqlanırlar. Bundan başqa Belarusun tikinti şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin də Azərbaycana səfəri planlaşdırılır. Onlar azərbaycanlı həmkarlarına yeni tikinti layihələri təqdim edəcəklər. Səfir oktyabrın 22-23-də Bakıda Belarus Mədəniyyət Günlərinin keçiriləcəyini bildirib. Bu tədbir çərçivəsində Bakıya “Eurovison Yunior” müsabiqəsinin qalibləri, “Sebrı” qrupu, bir sıra gənc ifaçı və aktyorlardan ibarət nümayəndə heyətinin gəlməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR