Bank Of Baku

Vaşinqtonda Azərbaycanla bağlı iki dəyirmi masa keçiriləcək

Vaşinqtonda Azərbaycanla bağlı iki dəyirmi masa keçiriləcək
# 08 oktyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 10-da Vaşinqtondakı Con Hopkins Universiteti yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunda (CACI) “Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasət strategiyası” mövzusunda dəyirmi masa keçiriləcək. Prezident yanında Siyasi Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, dəyirmi masada ABŞ-ın tanınmış politoloqları, iqtisadçıları və bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər. Tədbirdə CACI-nin direktoru, professor Frederik Starr, Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Seçki Sistemləri Beynəlxalq Fondun (IFES) Mərkəzi Asiya və Qafqaz üzrə şöbəsinin direktoru Entoni Boyerin çıxışları nəzərdə tutulub.

Oktyabrın 14-də isə Vaşinqtondakı Vudro Vilson adına Beynəlxalq Araşdırmalar Mərkəzində Azərbaycanın müasir geosiyasətinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Tədbirdə Elxan Nuriyev “Azərbaycan və Avrasiyanın yeni geosiyasəti – xarici siyasəti strategiyası, Xəzəryanı regionun enerji təhlükəsizliyi və böyük dövlətlərin siyasəti” adlı məruzə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR