Bank Of Baku

Venesiya Komissiyasının növbəti plenar iclası keçiriləcək

Venesiya Komissiyasının növbəti plenar iclası keçiriləcək
# 09 oktyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 17-18-də Avropa Şurası Venesiya Komissiyasının (VK) növbəti plenar iclası keçiriləcək. VK-nın üzvü Lətif Hüseynovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanla bağlı məsələ müzakirə olunmayacaq. Toplantıda Albaniya Konstitusiyasına dəyişikliklər, Ermənistan və Moldovanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, Qırğızıstanın sərbəst toplaşmaqla bağlı qanunvericiliyinə dəyişikliklər, bu ölkənin “Dini azadlıq haqqında” qanun layihəsi, Türkiyədə siyasi partiyaların ləğv olunması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi və digər məsələlər müzakirə olunacaq. VK müzakirə olunan hər bir məsələyə rəy verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR