Bank Of Baku

Azərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib

Azərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib
# 09 oktyabr 2008 12:28 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 9-da Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vyayryunenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Bakıda təşkil olunan Azərbaycan-Finlandiya biznes forumundan danışaraq, bunun ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Öz növbəsində, dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. Prezident Azərbaycan-Finlandiya biznes forumunun iqtisadi əməkdaşlıq üçün faydalı olacağını deyib, Finlandiyanın xarici ticarət və inkişaf nazirinin bu səfərinin də ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR