Bank Of Baku

Rusiyalı politoloq: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında prioritet məsələ yüz minlərlə azərbaycanlı qaçqının öz yurdlarına dönməsi olmalıdır”

Rusiyalı politoloq: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında prioritet məsələ yüz minlərlə azərbaycanlı qaçqının öz yurdlarına dönməsi olmalıdır”
# 09 oktyabr 2008 13:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Dağlıq Qarabağda yüz illərlə onlara məxsus olan evlərini məcburi şəkildə tərk edən yüz minlərlə azərbaycanlı hazırda Azərbaycanın mərkəzi hissəsində çox pis vəziyyətdə yaşayır. Ermənistanda isə qaçqınlar yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri politoloq, Rusiya ORT kanalının aparıcısı Maksim Şevçenko Bakı-Moskva telekörpüsündə çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında prioritet məsələ yüz minlərlə qaçqının öz yurdlarına dönməsi olmalıdır: “Təsəvvür edə bilmirəm ki, bu problem həllini tapmadan Azərbaycan tərəfi Ermənistana tabe olan Dağlıq Qarabağın erməni rəhbərliyi ilə dialoqa gedə bilər”. Ermənistanın İranla geniş iqtisadi-ticarət əlaqələrinə malik olduğunu vurğulayan Maksim Şevçenko İrəvanın tam iqtisadi blokada vəziyyətində yaşadığı barədə fikirləri əsassız hesab edir: “Bundan başqa Ermənistana çoxsaylı erməni diasporu güclü maliyyə yardımı göstərir. Azərbaycan isə ağır postmüharibə vəziyyəti yaşadığı üçün bu imkanlara malik deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR