Bank Of Baku

Metyu Brayza: “ABŞ hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü nizamlanmanın əsas prinsipi olmalıdır”

Metyu Brayza: “ABŞ hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü nizamlanmanın əsas prinsipi olmalıdır”
# 09 oktyabr 2008 15:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza BBC radiosunun Rus xidmətinə müsahibəsində deyib. “Biz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlamalıyıq, sonra isə danışıqları kompromis və çərçivə sazişinə çatdırmaq üçün digər prinsiplər əlavə olunmalıdır. Bu o deməkdir ki, biz hamımız hüquqi cəhətdən və beynəlxalq qanunlara görə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməliyik” söyləyən M. Brayzanın fikrincə, danışıqları razılaşma ilə yekunlaşdırmaq üçün Ermənistan da bununla razılaşmalıdır.

“Ermənistanın baxışının fərqli olduğu biz məlumdur. Lakin biz çox yaradıcı və konstruktiv yollardan istifadə edərək, ümumi dil tapmaqda Azərbaycan və Ermənistana kömək etməliyik”, - deyə həmsədr vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR