Bank Of Baku

Şəbüstər Universitetinin azərbaycanlı tələbəsi milli fəaliyyətinə görə həbs olunub

Şəbüstər Universitetinin azərbaycanlı tələbəsi milli fəaliyyətinə görə həbs olunub
# 09 oktyabr 2008 16:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranın Şəbüstər Universitetinin tələbəsi Səməd Molaqoli milli fəaliyyətinə görə bu ölkənin xüsusi xidmət orqanı tərəfindən həbs olunub. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 5-də S. Molaqoli Təbrizdə yaşadığı evdə İran İnformasiya Nazirliyinin (ettelaat) əməkdaşları tərəfindən saxlanılıb. Ona yalnız bir dəfə ailəsi ilə telefonla əlaqə saxlamağa imkan verilib. Həbs olunan zaman S. Molaqolinin evindəki ona məxsus bəzi əşyalar – kompyuter, kitab və CD-lər müsadirə olunub. Qeyd edək ki, o, 2006-cı il may hadisələrinin il dönümü ərəfəsində həbs edilərək bir neçə gün həbsdə saxlanılıb və girov müqabilində azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR