Bank Of Baku

QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı oktyabrın sonunda Tiranada keçiriləcək

QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı oktyabrın sonunda Tiranada keçiriləcək
# 10 oktyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Oktyabrın 23-də Tiranada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 19-cu toplantısı keçiriləcək. APA-nın məlumatına görə, toplantıya Albaniyanın xarici işlər naziri Luzlim Başa sədrlik edəcək. Toplantıda “QDİƏT fəaliyyətinin yaxşılaşdırılmasına dair təlimatlar” adlı sənəd müzakirə olunacaq. Bu məsələ Türkiyənin xarici işlər naziri Əli Babacanın təşəbbüsü ilə qurumun Nyu-Yorkda keçirilən qeyri-formal sammitində müzakirə olunub. XİN başçıları həmçinin peşəkar yük maşını sürücüləri və iş adamları üçün viza rejiminin asanlaşdırılmasına dair saziş imzalanması məsələsini də müzakirə etmək niyyətindədir. Toplantıda həmçinin QDİƏT-Avropa İttifaqı əməkdaşlığı, QDİƏT milli koordinatorlarının təyin olunması, quruma müşahidəçi statusla üzvlüyə dair ərizələrə baxılması məsələləri müzakirə olunacaq. Görüşün sonunda QDİƏT Xarici İşlər Nazirləri Şurasının Tirana Bəyannaməsi müzakirə olunacaq. Toplantının sonunda QDİƏT-ə sədrlik Albaniyadan Ermənistana keçəcək. Ermənistan bu quruma bu ilin noyabrın 1-dən 2009-cu ilin 30 aprelinə kimi sədrlik edəcək. Daha sonra sədrlik rotasiya qaydasında altı ay müddətinə Azərbaycana keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR