Bank Of Baku

Erməni deputatın şirkəti Azərbaycanın nəzarətsiz qalmış Dağlıq Qarabağ ərazisi vasitəsilə Rusiya almazlarının qaçaqmalçılığı ilə məşğul olur

Erməni deputatın şirkəti Azərbaycanın nəzarətsiz qalmış Dağlıq Qarabağ ərazisi vasitəsilə Rusiya almazlarının qaçaqmalçılığı ilə məşğul olur
# 10 oktyabr 2008 14:03 (UTC +04:00)
T. Kikinaşvili yüklə bağlı heç bir sənəd təqdim edə bilməyib. Onun özünün qiymətləndirməsinə əsasən, qaçaqmalın dəyəri 200 min dollar olub, ancaq İsrail ekspertləri qeyri-leqal yükün dəyərinin 1 milyon dollardan çox olduğunu müəyyənləşdiriblər. Almazlar müsadirə olunub, Kikinaşvili özü isə istintaq müddətində ev dustağı edilib.

APA-nın məlumatına görə, bir qədər sonra bəzi informasiya agentlikləri İsrail polisinə istinadən T. Kikinaşvilinin “Artsakh Diamond” adlı erməni şirkətinin rəhbəri və sahiblərindən biri, qaçaqmal almazların isə Rusiya mənşəli olması barədə xəbər yayıb. Xəbərdə o da qeyd olunur ki, T. Kikinaşvili dəfələrlə Syerra-Leone, Konqo və Anqolaya gedərək, almaz emalı ilə məşğul olan, Ermənistan parlamentini deputatı Qagik Abramyana məxsus DCA (Diamond Company of Armenia) şirkəti üçün almaz alıb. Əldə olunan məlumata görə, Xankəndində qeydiyyatda olan “Artsakh Diamond”un səhmlərinin 15-%-i T. Kikinaşviliyə məxsusdur, şirkətin əsas sahibi məhz DCA-dir. “Artsakh Diamond” Q. Abramyanın “DQR”-də almaz emalı sənayesinin yaradılması və inkişafı üzrə 2002-ci ildə “Andranik Daskh” şirkətinin təsis olunması ilə başlayan məlum layihələrinin modernizasiyası sayılır. Bu layihələr almaz alveri ilə məşğul olan erməni işbazlar üçün cəlbediciliyi ilə də fərqlənib. Çünki “DQR” ərazisinə aparılan almazlar avtomatik olaraq qanuni almaz bazarından itir və onları gizli dövriyyəyə buraxaraq əldə olunan vəsaitləri “DQR”-in güc strukturları üçün silah alınmasına sərf etmək asan olur. Tanınmamış “DQR” almazların dövriyyəsinə nəzarət edən və onların kriminal, terror məqsədilə istifadəsini əngəlləyən “Kimperliysk prosesi” təşkilatına daxil deyil və ərazisindəki sövdələşmələrlə bağlı heç kimə hesabat vermir.

T. Kikinaşvili Rusiya almazları ilə tutulsa da, bu almazların mənbəyini müəyyənləşdirmək çətin olmayıb. 2008-ci ilin martında almaz emal edən iri Rusiya müəssisəsi “Kristall” Ermənistanın DCA şirkəti ilə memorandum imzalayıb. Bu saziş əsasında Rusiya şirkəti hər ay Ermənistana 500 min dollarlıq xırda almazlar göndərməlidir. Şirkət bu addımını belə almazları Rusiyada saxlamağın rentabelli olmaması ilə əsaslandırır. Bu ilin yayında Rusiya mətbuatı almazların ilk partiyasının “Kristall” tərəfindən göndərilməsi və guya artıq Ermənistanda emal edilməsi barədə məlumat yayıb. Lakin indi belə məlum olur ki, Ermənistana göndərilən həmin Rusiya almazları İsraildə T. Kikinaşvilinin çemodanından çıxıb.




“Kristall” rəhbərinin Qagik Abramyana məktubu

Beləliklə, “Artsakh Diamond” firmasının Rusiyanın “Kristall” və Ermənistanın DCA şirkətləri arasındakı almaz alverinə daxil edildiyi aydın olur. DCA-nın “Kristall”a əlaqə qurmasında Qagik Abramyanın qardaşı – Rusiya Erməniləri Şurasının sədri Ara Abramyanın da rol oynadığı istisna olunmur. Bu mexanizm vasitəsilə Rusiya almazları “qara bazar”a gedir və qeydiyyatsız nağd pul kütləsinə çevrilir. T. Kikinaşvilidə tapılan almazın həcmi və dəyəri 2008-ci ilin iyun və iyulunda “Kristall” tərəfindən DCA-nin ünvanına göndərilən iki lota tam uyğun gəlir. O, İsrailin almaz birjasının üzvü olmadığından bu ölkə ərazisində hər hansı rəsmi sövdələşmə həyata keçirmək hüququ yoxdur. Onun alıcısının kimliyi hələ də bəlli deyil. Ancaq bir fakt yaxşı məlumdur ki, almazlar “daşınmaz valyuta” kimi nəinki işbazları, hətta “Hizbullah” və “Hamas” təmsilçilərini də maraqlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR