Bank Of Baku

Eldar Mahmudov Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb

Eldar Mahmudov Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb
# 10 oktyabr 2008 15:27 (UTC +04:00)
Bakı-APA. Bu gün milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycanda işgüzar səfərdə olan Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Staşiak ilə görüşüb. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, E. Mahmudov bu ilin aprel ayında Polşaya rəsmi səfərini xatırladaraq beynəlxalq terrorçuluğa və ekstremizmə qarşı görülən işlər barədə danışıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə qonağa məlumat verib. V. Staşiak Polşanın Azərbaycanla sıx dostluq əlaqələrinin və dövlət strukturları arasında əməkdaşlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verdiyini bildirib. O Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu qeyd edib, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyünün və problemin həlli üzrə beynəlxalq hüquq normalarına söykənən mövqeyinin Polşa tərəfindən birmənalı dəstəkləndiyini xüsusi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR