Bank Of Baku

Ramil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb

Ramil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb
# 10 oktyabr 2008 16:59 (UTC +04:00)
Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Ölkələrimiz arasında işgüzar əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan daxili işlər naziri son illər iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığının daxili işlər orqanları arasında olan əlaqələrə də müsbət təsir göstərdiyini bildirib. O, bu ilin iyununda Varşavaya səfəri zamanı iki ölkənin daxili işlər nazirləri arasında “Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq” haqqında hökumətlərarası saziş imzalandığını xatırladıb.

Daha sonra qonağa ölkədəki kriminogen durumla bağlı qısa məlumat verilib, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilib. Nazir Ramil Usubov bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da demokratik prinsiplərə əsaslanan köklü islahatlar aparıldığını, polisin fəaliyyətini tənzimləyən Avropa standartlarına uyğun yeni qanunvericilik bazasının yaradıldığını və bu zaman Avropa Şurası ekspertlərinin rəylərinin nəzərə alındığını vurğulayıb.

Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə də toxunulub, regional təhlükə və risklərə qarşı mübarizədə bu iki dost dövlətin öz səylərini daha sıx birləşdirmələrinin zəruriliyi vurğulanıb.

Vladislav Stasyak Polşa rəhbərliyinin regionun lider dövləti olan Azərbaycana mühüm önəm verdiyini və Avropa strukturlarına inteqrasiya baxımından həmişə ölkəmizin yanında olacaqlarını, mümkün olan hər şeyi edəcəklərini diqqətə çatdırıb. Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR