Bank Of Baku

Azərbaycan rəsmiləri Madriddə keçiriləcək “Demokratiyanın gələcəyi naminə” forumunda iştirak edəcəklər

Azərbaycan rəsmiləri Madriddə keçiriləcək “Demokratiyanın gələcəyi naminə” forumunda iştirak edəcəklər
# 13 oktyabr 2008 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 15-dən 17-dək Madriddə “Demokratiyanın gələcəyi naminə” mövzusunda forum keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı Prezident yanında Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev və rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edəcəklər. Siyasi Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, Avropa Şurası (AŞ) və İspaniya hökumətinin təşkilatçılığı ilə keçiriləcək forumda seçki prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə ediləcək, mütəxəssislərin elektron hökumət və elektron demokratiyanın inkişafı mövzusunda çıxışları olacaq.

Azərbaycan təmsilçiləri isə “Elektron aktivlik və elektron kampaniya” mövzusunda çıxışlar edəcəklər. Tədbirdə AŞ-nin baş katibi Terri Devis, AŞ Parlament Assambleyasının prezidenti Luis Maria de Puç, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yavuz Mildonun da çıxışı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR