Bank Of Baku

Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır

Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır
# 18 oktyabr 2008 09:54 (UTC +04:00)
Türkiyənin BMT Təhlükəsizlik Şurasında yer alması beynəlxalq münasibətlər baxımından çox mühüm hadisədir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O, Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu xatırladaraq bu dövlətin BMT TŞ-yə üzv seçilməsini səmimi qəlbdən alqışladıqlarını bəyan edib: “İnanırıq ki, Türkiyə beynəlxalq münasibətlərə böyük töhfə verəcək”.

Xatırladaq ki, BMT TŞ-nın 15 üzvü var. Onlardan 5-i daimi, 10-u isə müvəqqəti üzvlərdir. Müvəqqəti üzvlər 2 il müddətinə seçilir və hər il onlardan 5-i dəyişir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR