Bank Of Baku

Azərbaycan prezidenti Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin rəhbərliyini təbrik edib

Azərbaycan prezidenti Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin rəhbərliyini təbrik edib
# 18 oktyabr 2008 11:40 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin prezidenti Abdullah Gülü və baş naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Türkiyənin beynəlxalq aləmdə artan rolunun birbaşa ifadəsi olan bu tarixi hadisəni həm də Türkiyə diplomatiyasının böyük uğuru olduğunu deyən Azərbaycan dövlət başçısı BMT Baş Məclisində keçirilən seçkilərin bu cür nəticələnməsini dünyada və regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması yolunda Türkiyənin ardıcıl səylərinə dünya birliyi tərəfindən verilən yüksək qiymət adlandırıb: “Qardaş Türkiyənin hər bir vətəndaşına və bütün türk dünyasına fərəh gətirən bu xoş xəbərin sevincini Sizinlə birlikdə yaşayır, Təhlükəsizlik Şurasında Türkiyənin qarşıdakı məsul fəaliyyətinin hər cəhətdən səmərəli olacağına inamımızı ifadə etmək istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR