Bank Of Baku

Böyük Britaniya viza qaydalarını sərtləşdirib

Böyük Britaniya viza qaydalarını sərtləşdirib
# 20 oktyabr 2008 14:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniya hökuməti viza almaq üçün oktyabrın 16-dan yeni qaydalar tətbiq etməyə başlayıb. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, yeni qaydalara əsasən ölkəyə işgüzar məqsədlə 6 ay müddətinədək səfər etmək arzusunda olan şəxslər yeni təyinatlı işgüzar viza üçün müraciət etməlidir. Həmin şəxslər iclas və ya konfransda iştirak, danışıqlar aparmaq, ticari razılaşma və ya kontraktlar imzalamaq, faktaraşdırıcı missiya yerinə yetirmək, yaxud təşviqat məqsədli səfərlər həyata keçirmək üçün bu ölkəyə getmək istədiyini sübuta yetirməlidir. Yeni biznes vizasının necə işləyəcəyi Niyyət Bəyannaməsində daha dəqiqliklə göstərilir.

Böyük Britaniya Daxili İşlər Nazirliyi idmançıların və incəsənət adamlarının ölkənin mədəni həyatına verə biləcəkləri töhfənin əhəmiyyətini anlayaraq onlar üçün tətbiq edilən iki yeni viza qaydası barədə ətraflı izahat yayıb. Belə ki, idmançılara və incəsənət adamlarına iş üçün xüsusi icazə olmadan müəyyən tədbirlərdə iştirak məqsədilə qısa müddətə ölkəyə daxil olmaq hüququ verən güzəşt qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR