Bank Of Baku

Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
# 20 oktyabr 2008 15:08 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev oktyabrın 20-də Belçika Krallığının Azərbaycandakı səfiri Frank Girkensi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir F. Girkens dövlət başçısı İ. Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Təbrikə görə minnətdarlığını bildirən prezident Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Müxtəlif sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı Belçika Krallığının Bakıda səfirliyinin açılmasını əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İkitərəfli münasibətlərin möhkəmlənməsində səfir F. Girkensin fəaliyyətini qeyd edən dövlət başçısı Azərbaycan-Belçika əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR