Bank Of Baku

Arif Rəhimzadə və Elton Məmmədov Sankt-Peterburqa gediblər

Arif Rəhimzadə və Elton Məmmədov Sankt-Peterburqa gediblər
# 20 oktyabr 2008 16:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə və deputat Elton Məmmədov MDB Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər zamanı qurumun Sosial siyasət və insan hüquqları, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyalarının, həmçinin MDB-də Terrorçuluq, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birgə komissiyasının iclasları keçiriləcək. Toplantılarda ekoloji fəlakət zonalarına, ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılmasına münasibətdə ekoloji məsuliyyətə, təbii müalicə mənbələri və kurortlara, MDB-nin iştirakçısı olan dövlətlərdə ərzaq təhlükəsizliyinin hüquqi təminatına, əlillərin sosial müdafiəsinə, dövlətdə uşaq hüquqlarının əsas təminatlarına dair model qanunların layihələri müzakirə ediləcək. MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclaslarında Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məruzəçi qismində çıxış edəcək. Səfər oktyabrın 24-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR