Bank Of Baku

Dmitri Medvedyev: “Rusiya, Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşəcəklər”

Dmitri Medvedyev: “Rusiya, Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşəcəklər”
# 21 oktyabr 2008 11:39 (UTC +04:00)
APA-nın «RİA Novosti»-yə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyev mətbuat konfransında deyib.

“Ümidvaram ki, ən yaxın zamanda 3 prezidentin görüşü keçiriləcək. Güman edirəm ki, bu görüş Rusiyada baş tutacaq”, - deyə D. Medvedyev bildirib.

Rusiya prezidenti deyib ki, Cənubi Osetiyada baş vermiş avqust hadisələri istənilən mürəkkəb məsələnin beynəlxalq prinsiplərə uyğun və yalnız danışıqlar əsasında həll olunmasının vacibliyini bir daha göstərib: “Müsbət nəticə verə biləcək digər variant yoxdur”.

Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət bildirən D. Medvedyev danışıqlarda irəliləyişin olduğunu, hər iki tərəfin müzakirələri davam etdirmək niyyətini bəyan etdiyini söyləyib. Ermənistan prezidenti Serj Sərkisyan da erməni tərəfinin danışıqların Dağlıq Qarabağın öz müqəddəratını təyin etməyə imkan verən “Madrid prinsipləri” əsasında davam etdirilməsinə hazır olduğunu bildirib: “Biz əminik ki, məsələ kompromis və danışıqlar əsasında həll oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR