Bank Of Baku

Elmar Məmmədyarov diplomatik missiyasının başa vuran Belçika səfirini qəbul edib

Elmar Məmmədyarov diplomatik missiyasının başa vuran Belçika səfirini qəbul edib
# 21 oktyabr 2008 16:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın ölkəmizdəki səfiri Frenk Ceyerkensi diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan və Belçika arasında münasibətlərin inkişaf etdirilməsinin və qarşılıqlı əlaqələrdə yeni mərhələnin açılmasının vacibliyini vurğulayan tərəflər, bu istiqamətdə səylərin artırılmasına ehtiyac olduğunu qeyd ediblər. Belçika səfiri əməkdaşlığı gücləndirmək, hər iki ölkənin ictimaiyyətində məlumatsızlığı aradan qaldırmaq, yüksək səviyyəli rəsmilərinin səfərləri ilə yanaşı, iş adamlarının səfərlərini təşkil etmək kimi addımları vacib sayıb. Belçikanın Bakıdakı səfirliyinin artıq tam fəaliyyət göstərdiyini və onu əvəz edəcək yeni səfirin də bu istiqamətdə çalışacağını diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov da əməkdaşlığı gücləndirmək fikrini dəstəkləyərək, Azərbaycanın regionda lider dövlət kimi nüfuzunun artdığını qeyd edib, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında Belçikanın vacib rolunu vurğulayıb. Görüşün sonunda nazir səfirə gələcək fəaliyyətində uğurlar diləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR