Bank Of Baku

Delimitasiya üzrə dövlət komissiyalarının iclasları gələn ilə qalıb

Delimitasiya üzrə dövlət komissiyalarının iclasları gələn ilə qalıb
# 31 oktyabr 2008 14:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gələn ilin birinci rübündə Azərbaycanın Rusiya və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının iclasları keçiriləcək. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Delimitasiya və Demarkasiya üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov deyib. O, Azərbaycan-Rusiya sərhədində razılaşdırılmamış cəmi iki sahənin qaldığını xatırladıb: “Dövlət komissiyalarının iclasları arasındakı dövrdə ekspertlər fəaliyyət göstərir, müvafiq sənədlər üzərində, lazım gəldikdə yerlərdə iş aparırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR