Bank Of Baku

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədrlər artıq Moskvaya toplaşıblar

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədrlər artıq Moskvaya toplaşıblar
# 31 oktyabr 2008 15:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Moskvadadırlar. Diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, bir azdan Rusiya Xarici İşlər Nazirliyinin binasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayacaq. Görüş noyabrın 2-də Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, prezidentlərin görüşünü keçirmək təşəbbüsü Rusiya prezidenti tərəfindən oktyabrın 21-də İrəvanda səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR