Bank Of Baku

Viktor Yuşşenkonun Bakı Enerji Sammitində iştirakı rəsmən təsdiqlənib

Viktor Yuşşenkonun Bakı Enerji Sammitində iştirakı rəsmən təsdiqlənib
# 03 noyabr 2008 13:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakı Enerji Sammitində iştirakı rəsmən təsdiqlənib. APA-nın məlumatına görə, Ukrayna prezidentinin rəsmi saytında bildirilir ki, V. Yuşşenko noyabrın 14-də Azərbaycana işgüzar səfər edəcək. Səfərin məqsədi enerji təhlükəsizliyinə dair 4-cü Enerji Sammitində iştirak etməkdir.

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin də sammitə qatılacağı bu günlərdə rəsmən təsdiqlənib. Bundan başqa, Türkiyə prezidenti Abdulla Gül, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Hendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniya prezidenti Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Anqel Mari və digərlərinin də sammitdə iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR