Bank Of Baku

Novruz Məmmədov: “Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baza prinsiplərini özündə ehtiva edir” - EKSKLÜZİV

Novruz Məmmədov: “Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baza prinsiplərini özündə ehtiva edir” - <font color=red>EKSKLÜZİV</font>
# 03 noyabr 2008 16:08 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Moskva Bəyannaməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas prinsipləri özündə əks etdirən sənəd olub-olmadığı barədə sualı cavablandırarkən deyib. Şöbə müdirinin sözlərinə görə, Bəyannamədə əks olunanların baza prinsipləri ilə üst-üstə düşdüyünü amerikalı həmsədr Metyu Brayza da təsdiqləyib: “Bu, çox mühüm sənəd, 14 il aparılan uzun, mürəkkəb və çətin danışıqlar prosesinin yeni mərhələsinin başlanğıcıdır. Moskva Bəyannaməsində indiyədək aparılmış danışıqlara aydınlıq gətirilərək, tərəflərin bundan sonrakı vəzifələri müəyyənləşdirilib”.

Sənədin nizamlanma prosesinin tezləşdirilməsinə təsirinə gəlincə, N. Məmmədov bunu mümkün sayır: “Düşünərəm ki, Rusiyanın prosesə aktiv müdaxiləsi olduğundan və sənədi birbaşa prezidentlər imzaladığından proses gərək daha da sürətlənsin. Sənəddə belə bir bənd də var ki, bundan sonra Minsk Qrupunun həmsədrləri vasitəçilik missiyalarını daha da intensivləşdirməlidirlər. Düşünürəm ki, proseslər mütləq buna gətirib çıxarmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR