Bank Of Baku

Səməd Seyidov: “Azərbaycan-Amerika münasibətlərinin inkişafı üçün baza var”

Səməd Seyidov: “Azərbaycan-Amerika münasibətlərinin inkişafı üçün baza var”
# 05 noyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan-Amerika münasibətləri dərin köklərə malikdir. Bu münasibətlərin inkişafı üçün baza var”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov deyib. O, yeni seçilmiş prezidentin uydurma “erməni soyqırımı”nı tanıyıb-tanımayacağına dair sualı belə cavablandırıb: “Amerikada hər hansı prezident hakimiyyətə gəldikdən sonra seçkiqabağı vədlərini yerinə yetirməklə yanaşı, ölkənin milli maraqlarını da düşünür. Hesab edirəm ki, Barak Obama Amerikanın maraqlarını dərindən düşünərək düzgün addımlar atacaq və bu addımlar bizim regionu Amerikadan uzaqlaşdırmayacaq, əksinə, yaxınlaşdıracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR