Bank Of Baku

Astanada türkdilli ölkələrin xüsusi xidmət orqanları Konfransının 11-ci iclası keçirilib

Astanada türkdilli ölkələrin xüsusi xidmət orqanları Konfransının 11-ci iclası keçirilib
# 05 noyabr 2008 12:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Astanada türkdilli ölkələrin xüsusi xidmət orqanları Konfransının 11-ci iclası keçirilib. APA-nın Qazaxıstan KİV-nə istinadən məlumatına görə, iclasda xüsusi xidmət orqanları arasında aktual məsələlərlə bağlı çoxtərəfli və ikitərəfli əməkdaşlığın beynəlxalq və regional təhlükəsizlik üçün genişlənməsi imkanları müzakirə olunub. Toplantıda beynəlxalq terrorizm, ekstremizmlə mübarizə, dini ekstremizm, beynəlxalq narkobiznes və transmilli cinayətkarlığın regionda infrastrukturunun ləğvi sahəsində təcrübə mübadiləsi aparılıb. İclasda Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyənin xüsusi xidmət orqanlarının rəhbərləri və ekspertləri iştirak ediblər. Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri tədbirə müşahidəçi qismində qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR