Bank Of Baku

Azərbaycanın İstanbuldakı baş konsulu bu şəhərin valisi ilə görüşüb

Azərbaycanın İstanbuldakı baş konsulu bu şəhərin valisi ilə görüşüb
# 08 noyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı İstanbulun valisi Muammer Gülərlə görüşüb. Baş Konsulluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə həmçinin vitse-konsul Rövşən Hüseynzadə də iştirak edib.
S.Salahlı insan alveri ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, polis və digər inzibati orqanlarda vətəndaşlarımızın hüquqlarının pozulması faktlarının olması, İstanbuldan vətəndaşlarımızın deportasiya olunması hallarının artdığını nəzərə alaraq, cərimə ilə əvəzlənməsi imkanlarının araşdırılması və digər məsələlərə toxunub.
Muammer Gülər isə Azərbaycan və Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə qızıl dövrünün yaşadıqlarının şahidi olduqlarını bildirib: “Biz İstanbulda yaşayan Azərbaycan vətəndaşlarının bütün problemlərinin həll edilməsi üçün əlimizdən gələni etməyə hazırıq. Biz Azərbaycan vətəndşalrımıza öz vətəndaşlarımız kimi yanaşırıq. Qaldırılan məsələlərə dair əməkdaşlığa hər zaman hazırıq."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR