Bank Of Baku

Yunanıstanın inkişaf naziri Bakıya gəlir

Yunanıstanın inkişaf naziri Bakıya gəlir
# 10 noyabr 2008 10:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yunanıstanın inkişaf naziri Xristos Folias noyabrın 14-də Bakıda keçiriləcək enerji sammitində iştirak edəcək. Bu barədə APA-ya Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xatırladaq ki, sammitdə Türkiyə prezidenti Abdulla Gül, Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Hendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniya prezidenti Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, ABŞ və digər ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir. Bakıda keçiriləcək enerji sammiti sayca 4-cü olacaq. Birinci enerji sammiti 2006-cı ilin mayında Polşa prezidentinin təşəbbüsü ilə bu ölkənin Krakov şəhərində, ikincisi 2007-ci ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə, üçüncüsü isə bu ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR