Bank Of Baku

Azərbaycan prezidenti Estoniyanın parlament sədrinin müavinini qəbul edib

Azərbaycan prezidenti Estoniyanın parlament sədrinin müavinini qəbul edib
# 10 noyabr 2008 13:09 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Estoniya parlamenti sədrinin müavini, xanım Kristina Oyulandı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, K. Oyuland Bakıda keçiriləcək “Bakutel-2008” 14-cü Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğulayıb, Estoniyanın bu tədbirə böyük maraq göstərdiyini və sərgidə təmsil olunduğunu söyləyib.

Öz növbəsində, prezident İ. Əliyev son illər Azərbaycanda bir çox beynəlxalq konfrans və sərgilərin keçirildiyini, bu sahədə ölkəmizin artıq zəngin təcrübəyə malik olduğunu deyib. “Bakutel-2008” 14-cü Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən söhbət açan dövlət başçısı tədbirin bu sahədə görülmüş işlərin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR