Bank Of Baku

Azərbaycan hərbçiləri NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlərə qatılacaqlar

Azərbaycan hərbçiləri NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlərə qatılacaqlar
# 11 noyabr 2008 08:01 (UTC +04:00)
Bakı-APA. 19-22 noyabrda Bakıda NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində Silahlı Qüvvələrə hərbi təlim və təhsil sahəsində yardım üzrə ekspert qərargah görüşü keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 17-21 noyabrda isə Türkiyənin İzmir şəhərində «Cooperative Lancer-Longbov 2009» təliminin ilkin planlaşdırma konfransı baş tutacaq. Noyabrın 19-da Belçikanın Brüssel şəhərində Avro-Atlantik Tərəfdaşlıq Şurasının Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində görüş olacaq. Macarıstanın Budapeşt şəhərində müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu noyabrın 24-dən dekabrın 5-dək davam edəcək.
«Sülh Naminə Tərəfdaşlıq» proqramına əlavə olaraq Ukraynanın Kiyev şəhərində “Fövqəladə hallar zamanı yoluxucu xəstəliklər” mövzusunda keçiriləcək tədbir 13-14 noyabrda baş tutacaq. Bu gün isə Serbiyanın Nis şəhərində MEDJEUR-2009 təliminin əsas planlaşdırma konfransı başlanacaq. 13-14 noyabr tarixlərində Türkiyənin Ankara şəhərində bioterrorizmlə bağlı işçi görüşü olacaq. Daha sonra burada 17-21 noyabr tarixlərində “İnsan alverinə qarşı mübarizə kursu”, “Əldəqayırma partlayıcı maddələrə qarşı mübarizə kursu” keçiriləcək. Bolqarıstanın Sofiya şəhərində NATO-nun Böhranların İdarə edilməsi üzrə “JMX 2009” təliminin tədbirlərinin planlaşdırılması konfransı 19-25 noyabrda baş tutacaq. Noyabrın 26-da isə Belçikanın Brüssel şəhərində Fərdi Tərəfdaş Proqramı (İPP) üzrə görüş keçirilməsi gözlənilir
Bundan başqa, 21-30 noyabr tarixlərində Bakıda Hərbçilər arasında boks üzrə 52-ci Dünya Çempionatı keçiriləcək. Məlumata görə, 25-26 noyabrda Almaniyanın Bonn, Köln şəhərlərində Hərbi Hava Qüvvələri üzrə məlumat toplantısı baş tutacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR