Bank Of Baku

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək
# 11 noyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək. APA-nın Avropa İttifaqının saytına istinadən yaydığı məlumata görə, iclas Avropa İttifaqının ümumi işlər və xarici əlaqələr şurasının toplantısı çərçivəsində keçiriləcək. Məlumatda qeyd olunur ki, bu görüş Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərini dərinləşdirmək məqsədilə keçirilir və toplantı regionda stabilliyə nail olmağa öz töhfəsini vermiş olacaq. İclasda əsasən, regionda stabillik və təhlükəsizliyin təminatı məsələləri müzakirə olunacaq, Qafqaz bölgəsində vəziyyət və Rusiya ilə münasibətlər mövzusunda diskussiyalar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR