Bank Of Baku

Səfir Hulusi Kılıç: “Azərbaycan və Türkiyə birlikdə çox əfsanəni gerçəkləşdirəcək”

Səfir Hulusi Kılıç: “Azərbaycan və Türkiyə birlikdə çox əfsanəni gerçəkləşdirəcək”
# 11 noyabr 2008 12:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə noyabrın 5-6-da etdiyi rəsmi səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, diplomat bəyan edib ki, Türkiyə bu səfərdən çox məmnundur: “Azərbaycan prezidentinin yenidən bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi, bu günlərdə Türkiyə prezidenti Abdullah Gülün Bakıya nəzərdə tutulan səfəri, keçən həftə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğun ilk səfərini Bakıya etməsi iki qardaş ölkə arasında əlaqələrin daha da genişləndiyini göstərir”. Səfir İlham Əliyevin Türkiyə Böyük Millət Məclisində çıxışını tarixi çıxış adlandırıb. O bildirib ki, parlamentin iclasları adətən günün ikinci yarısında keçirilir: “İlham Əliyevin çıxışı saat 11-ə təyin olunmuşdu. Parlamentin bütün üzvləri, o cümlədən müxalifət təmsilçiləri vaxtından əvvəl zalda toplaşmışdılar. Bu, İlham Əliyevin səfərinin çox önəmli olduğunun göstəricisidir. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələr genişlənir. Hazırda Türkiyə iş adamlarının Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 3 milyard dolları keçib”. Azərbaycan və Türkiyənin bir neçə transmilli layihələrdə iştirak etdiyini deyən diplomat, həmin layihələrin gerçəkləşəcəyinə bəzi qüvvələrin şübhə ilə yanaşdıqlarını xatırladıb: “Biz birgə çox əfsanələri gerçəkləşdirmişik, əfsanələrin gerçəkləşməsi davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR