Bank Of Baku

Elmar Məmmədyarov amerikalı senator Bob Korkerlə görüşüb

Elmar Məmmədyarov amerikalı senator Bob Korkerlə görüşüb
# 11 noyabr 2008 16:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ konqresinin üzvü, senator Bob Korkerlə görüşüb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Cənubi Qafqaz və Orta Asiyaya etdiyi regional səfər çərçivəsində Bakıya gəlişindən məmnunluğunu ifadə edən senator, səfərdə məqsədinin ABŞ və Azərbaycan arasında mövcud münasibətlərin daha da irəli aparılması imkanlarının araşdırılması və bölgənin daha yaxından öyrənilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov ABŞ-ın yüksək rəsmilərinin ölkəmizə səfərlərini alqışlayıb, bu səfərlərin iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhvə verdiyini vurğulayıb. Görüşdə əsas diqqət mərkəzində Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, enerji məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regional sülh və sabitliyin təminatı kimi mövzular olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR