Bank Of Baku

Londonda keçirilən “World Travel Market” ənənəvi beynəlxalq turizm sərgisində Azərbaycan stendinin açılışı olub

Londonda keçirilən “World Travel Market” ənənəvi beynəlxalq turizm sərgisində Azərbaycan stendinin açılışı olub
# 12 noyabr 2008 07:25 (UTC +04:00)
London-APA. Dünən Londonda “World Travel Market” ənənəvi beynəlxalq turizm sərgisinin rəsmi açılışı keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq Londonda təşkil olunan beynəlxalq sərgiyə dünyanın müxtəlif ölkələrindən turizm şirkətləri və hökumət orqanlarının təmsilçiləri qatılır. Sərgi çərçivəsində eyni zamanda çoxsaylı seminar, konfrans və digər müxtəlif tədbirlərin təşkili planlaşdırılır.

Dünyanın 200 ölkəsindən 5500-dən artıq şirkətin qatıldığı sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm idarəsinin rəhbəri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Sərgidə ölkəmizin “İmprotex Travel” və “Bakı-Tur” şirkətləri də iştirak ediblər.

Dünən sərgi çərçivəsində Azərbaycana həsr olunmuş ayrıca stendin açılışı olub. Açılış mərasimində Azərbaycan milli rəqs ansamblının rəqqaslarının ifasında milli rəqs nümunələri ifa olunub. Tədbirdə nümayəndə heyəti ilə birgə səfir Fəxrəddin Qurbanov da iştirak edib. Sərgidə iştirak edənlər ölkəmiz üçün ayrılmış stendə xüsusi diqqət və maraq göstəriblər. Sərgi noyabrın 13-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR