Bank Of Baku

Mahmud Məmmədquliyev: “Azərbaycan ÜTT-yə yaxın 2-3 il ərzində üzv qəbul oluna bilər”

Mahmud Məmmədquliyev: “Azərbaycan ÜTT-yə yaxın 2-3 il ərzində üzv qəbul oluna bilər”
# 12 noyabr 2008 08:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu yaxın 2-3 il ərzində gerçəkləşə bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev verib. O hazırda bu məsələnin hazırlıq mərhələsində olduğunu, qəbulla bağlı çox işlərin görülməli olduğunu deyib. XİN rəsmisi hazırda Azərbaycanın ÜTT-yə qəbulu istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Xatırladaq ki, gələn həftə Vaşinqtonda ABŞ-Azərbaycan iqtisadi komissiyasının növbəti iclası keçiriləcək. Noyabrın 18-də isə Azərbaycan nümayəndə heyəti Ümumdünya Ticarət Təşkilatına qəbulla bağlı ABŞ tərəfi ilə danışıqlar aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR